Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a bildirilib ki, mayın 2-si saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Kəpəz (Göygöl), Qoşqar (Daşkəsən), Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Biləsuvarda 34 (aylıq normanın 106 faizi), Qaxda 28, Qobustanda 24 (aylıq normanın 47 faizi), Astarada 15 (aylıq normanın 29 faizi), İmişlidə 13 (aylıq normanın 39 faizi), Şəkidə 11, Xaltanda 9, Gədəbəy və Beyləqanda 8 mm-dək təşkil edib.