Lənkəranda Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb.
Xəzərdəki köhnə neft quyuları və estakadalar – LƏĞV EDİLƏCƏK – ƏLİ ƏSƏDOV İCLAS KEÇİRDİ - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, çay daşlarından istifadə olunaraq qurulan bu tikililərin bir vaxtlar sahilboyu ərazilərdə mövcud olan mühafizə sədlərinin bünövrəsi olduğu ehtimal edilir. 2000-ci illərə kimi dəniz suyunun artması nəticəsində beton divarlar suyun altında qalıb.
Qeyd edək ki, son illərdə Xəzər dənizinin geri çəkilməsi sahilboyu ərazilərdə, tikililər, bünövrələr, eləcə də irigövdəli ağacların köklərinin yenidən görünməsinə səbəb olub. (Apa)










