“İqlim dəyişiklikləri Kür çayının həcminin azalmasına səbəb olub. Kür çayının həcmi həm də yuxarıda olan mənbələrdən suyun götürülməsindən də asılıdır”.
FED.az xəbər verir ki, bunu Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib. O bildirib ki, Gürcüstan və Türkiyədə Kür çayı tökülən hissədə su anbarları tikilir:
“Bu da suyun Kür çayında azalmasına səbəb olur. Əslində Kürün axını 130 kub saniyədə olmalıdır. Amma indi bu iki dəfə azalıb. Bu da balıqların çoxalmasına mənfi təsir göstərir”. (Apa)