Banner

Ekologiya

Küləkli hava nə vaxta qədər - Davam Edəcək?

Küləkli hava nə vaxta qədər - Davam Edəcək? | FED.az
14:10 5 May 2021

“Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişikliyi müşahidə olunur. Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək. Küləyin maksimal sürəti arabir 30-35 metr saniyəyə çatacaq”.

FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir: “Mayın 6-sı səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Bölgələrdə də bu gün ərzində qeyri-sabit yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının tədricən kəsəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Banner

Digər xəbərlər