Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən “Kəpəz” və “Pele” iaşə obyektlərində formalaşan tullantı suların ətrafa axıdılması faktları müəyyən olunub.
Bu istirahət mərkəzlərinin sahibləri cərimələndi - FOTOLAR
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov FED.az-a bildirib ki, faktlarla bağlı iaşə obyektlərinin səlahiyyətli nümayəndələri barədə tədbir görülüb:
“Təvəkgül Həsənov və İlham Əliyev barəsində akt, protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib”.