"İranın hüquq sistemində ekoloji mühitin qorunmasına nəzarət məhkəmə hakimiyyətinin öhdəliyindədir".
Azərbaycan nərə balığının kürüsünü hansı ölkəyə - NEÇƏYƏ SATIB - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu İranın baş prokurorunun müavini Qolam Abbas Torki Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşündə çıxışında bildirib:
"Biz Xəzər dənizi hövzəsində ekoloji mühiti qorumaq üçün bir araya gəlmişik. İranın hüquq sistemində ekoloji mühitin qorunmasına nəzarət məhkəmə hakimiyyətinin öhdəliyindədir. Bu cür tədbirlər tərəfdaş ölkələrin ekologiya sahəsində qanunvericiliyi ilə tanış olması üçün mükəmməl imkandır. Xəzərdəki nərə balıqlarının qorunması bütün region üçün önəmli aspektlərdəndir. Çox ümid edirəm ki, bu əməkdaşlıq bütövlükdə Xəzəryanı ölkələrin ekologiyasının mühafizəsi və sağlam ətraf mühitin formalaşdırılması üçün faydalı olacaq". (Apa)