İşğaldan azad olunan ərazilərdə ov mövsümün açılması və ya orada ovçuluq fəaliyyətinin təşkili nəzərdə tutulmayıb.
Eləcə də bax: Brokonyerliklə bağlı tətbiq olunan cərimələr - ARTIRILACAQ
FED.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, işğal müddətində orada olan faunaya da böyük mənfi təsir olub:
"Orada ekosistemin yenidən bərpa olunması, heyvanların sayının artırılması və təhlükəsizlik məslələrinin təmin edilməsi kimi məqamlar nəzərə alınaraq ovun təşkili nəzərdə tutulmayıb". (Apa)