İmişli rayonunda dolu təsərrüfata ziyan vurub.
FED.az xəbər verir ki, dolu daha çox rayonun Qaralar, Otuziki, Cahar və Qaradonlu kəndlərinə düşüb.
Belə ki, əvvəlcə şimşək və yağışla müşayiət olunan yağıntı sonradan doluya çevrilib.
Təbiət hadisəsi nəticəsində həyətyanı sahələrə, eləcə də sözügedən kəndlərin taxıl sahələrinə ziyan vurub. (Report)