Ekologiya

Həftənin ilk günü üçün - HAVA PROQNOZU

Həftənin ilk günü üçün - HAVA PROQNOZU | FED.az
12:10 16 Avq 2020

Sabah, 17 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 
gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80  faiz təşkil edəcək.   
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24,Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

17 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.  

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 18-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz  12-15 dərəcə isti olacaq.

Digər xəbərlər