Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabr ayının 3-4-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq.
Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisidə havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir.
Noyabr ayının 3-4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Noyabr ayının 4-ü səhər saatlarında bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləkləri əsəcək. Havnın temperaturu isə 16-18 dərəcə arası dəyişəcək.