Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən xəbərə görə, avqustun 18-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-də günün ikinci yarısında Qusarda qısamüddətli az yağış yağıb.
Havanın temperaturu ötən günlərlə müqayisədə bir neçə dərəcə aşağı enərək Bakıda və Abşeron yarımadasında 31-36 dərəcə, Naxçıvan MR-da 35-40 dərəcə (Ordubad 40 dərəcə), Aran rayonlarında 34-38 dərəcə, Gəncə-Qazax zonasında 35-38 dərəcə, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti olub.