Ekologiya

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ | FED.az
15:56 11 Dek 2018
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  FED.az-a  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 14-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazlərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 

 

Digər xəbərlər