Fevralın 9-u və 10-da müşahidə ediləcək soyuq, küləkli hava şəraiti bu il yanvarın 24-də müşahidə edilən küləkli, yağıntılı hava şəraitindən daha kəskin, soyuq və uzunmüddətli olacaq.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvarın 24-dən fərqli olaraq, bu dəfə hava şəraitinin dəyişməsi prosesi iki gün davam edəcək:
“Artıq fevralın 7-i axşamdan bu proses başlayıb. Fevralın 8-də gün ərzində bu davam edəcək. Amma bu prosesin ən kəskin dövrü fevralın 9-da və 10-da olacaq. Fevralın 9-da gün ərzində və 10-da hava daha da pisləşəcək. Buna görə də bu proses bir qədər davamiyyətli olacaq”.
Trend