Ötən gecə güclü yağışın ardından yaranan sel suları Goranboyun 3 kəndində fəsadlar törədib.
Aqrar Sığorta Fondu: "Tezliklə fermerlərə zərər ödənişlərinə başlanılacaq"
FED.az xəbər verir ki, rayonun Goranlı, Qazançı, Kürəkçay kəndlərində təbiət hadisəsi zamanı həyətlərə, evlərə və tövlələrə su dolub.
Kürəkçay kəndi ərazisindən axıb gedən sel suları dəmiryol xəttinə də zərər vurub.
Sel suları adıçəkilən kəndlərə qonşu olan Qazançıda da otlaq sahələrinə, həmçinin, sakinlərə məxsus həyətlərə, tövlələrə də dolub.
Sakinlərin verdiyi məlumata görə, xırdabuynuzlu heyvanlardan tələf olanlar var.
Güclü yağış kənd yollarını da yararsız hala salıb.
Fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Komissiyası tərəfindən monitorinq aparılır. (Report)