Əvvəlcədən mayın 25-də qərb bölgələri üçün gözlənilən küləkli hava şəraiti haqqında narıncı, digər bölgələr üçün isə orta riskli sarı xəbərdarlıq verilib.
FED.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, Gəncə-Qazax bölgəsində narıncı, Daşkəsən-Gədəbəy, Qarabağ, Balakən-Şəki, Mərkəzi-Aran, Naxçıvan MR-da isə sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 13:00-a olan məlumatına əsasən, öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq Gəncə-Qazax bölgəsində güclü külək əsir. Küləyin maksimal sürəti 25-30 m/s təşkil edir. Naxçıvan, Şəmkir, Tovuz və Naftalanda isə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 18-20 m/s-dək güclənib.