Gədəbəyə dünən gecədən başlayaraq qar yağır. Dağ kəndləri ilə yanaşı qar rayonun mərkəzinə də yağıb.
FED.az xəbər verir ki, dağlıq ərazilərə təxminən 35 santimetrdən artıq, rayon mərkəzinə isə 5-10 santimetr düşüb.
Qeyd edək ki, hazırda qərb bölgəsindəki rayonlarda qeyri-sabit hava şəraiti davam edir.