"Azərbaycanda son 15 ildir balıq ehtiyatları azalıb".
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.
Eləcə də bax: Kürə 30 minədək balığın buraxılması - PLANLAŞDIRILIR
Onun sözlərinə görə, son illər balıq ehtiyatlarının artırılması ilə bağlı daha effektiv tədbirlər görülür: "Məsələn, əvvəllər balıqartırma müəssisələrində balıqlar yetişdirilərkən 1 qram çəkidə dənizə buraxılırdı. Bu balıqların isə yaşaması 1 faiz idi. Amma indi bu belə deyil".
H.Əlizadə bildirib ki, bu yaxınlarda nazirliyin balıqartırma təsərrüfatında yetişdirilən 5-10 qram çəkidə balıq körpələri Kürə buraxılıb: "Onların yaşama ehtimalı 70-80 faizdir. Bununla da biz kəmiyyət yox, keyfiyyət prinsiplərinə üstünlük veririk. Yetişdirilib buraxılan 100 qramlıq balıqların yaşama ehtimalı 90-100 faizdir".
Departament direktoru balıq ehtiyatlarının azaldılmasının digər səbəblərini də açıqlayıb: "Göllərin çirklənməsi və digər hallar balıq ehtiyatlarını azaldır. Bunun səbəblərindən biri də insan amilidir. Məsələn, ovçular müəyyən dövrlərdə heyvanlara güllə atmır. Yəni heyvanların balalama vaxtlarında ov etmir. Amma balıqçılar belə deyil. Brakonyerlər bütün fəsillərdə balıq tutur. Bununla bağlı maarifləndirmə işləri aparmaq lazımdır".
Report