"Şuşada qarın hündürlüyü 5 sm-ə çatıb".
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, gecə və səhər havanın şaxtalı keçməsi nəticəsində yolların buz bağlaması müşahidə olunub.
O deyib ki, günorta saatlarında isə havanın temperaturunun 0 dərəcə ətrafında olması gözlənilir.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








