“Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azaldılması, alternativlərdən istifadə olunmasında maraqlıdırlar”.
Eləcə də bax: Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.
Onun sözlərinə görə, alternativlər kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır: “Müxtəlif çeşiddə hər büdcəyə uyğun alternativlər var. Orta müddətlə 15-20 dəqiqə istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər veririk”.
Şöbə müdiri xatırladıb ki, qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq yanvarın 1-dən qüvvəyə minib: “Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz, “pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar da aiddir. Niyə sırf belə torbalar qadağan edilib sualına gədikdə isə, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngül çəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir. Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda belə torbalar bilirsiniz ki, daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qida ilə qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir”.(Report)