Azərbaycan su resursları az olan ölkədir.
Azərbaycanın yerüstü və yeraltı su ehtiyatlarının həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi ("Baku Water Week") konfransında deyib.
O bildirib ki, su ehtiyatlarımızın əsas hissəsi transsərhəd çaylardan aslıdır.
“Buna görə əlimizdə olan şirin su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır. Ölkəmizin daxilində şirin su ehtiyyatlarının 90%-i Böyük və Kiçik Qafqaz dağlarının hesabına formalaşır, - deyə o qeyd edib. (Trend)