Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.
“Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq”
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.
Onun sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq.
Qeyd edək ki, COP17 bu il oktyabrın 18-30-da Ermənistanda keçiriləcək. (Apa)










