Aprelin 26-sı saat 12:00-a olan məlumata əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
FED.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumatına əsasən 25-i gün ərzində əksər rayonlarda hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb.
Düşən yağıntının miqdarı Qaxda altı, Gədəbəydə beş, Şahbuz, Daşkəsən və Şəkidə üç, Kəlbəcər, Sədərək və Balakəndə iki, Naxçıvan, Naftalan, Qəbələ, Xınalıq, Zaqatala, Qrız, Mingəçevir, Göygöl, Gəncə, Goranboy, Şəmkir, Tərtər və Yevlaxda bir mm-dək olub.
Qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 22, Mingəçevirdə 18, Naxçıvanda 16, Şərurda 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 32, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.