Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi dəyişib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, nazirliyin kollegiyasının tərkibinə bir qədər əvvəl təsis edilmiş və təyinat olan nazirin 1-ci müavini də daxil edilib.
Xatırladaq ki, bu vəzifəyə bir qədər əvvəl Rəşad İsmayılov təyin edilib.
Qeyd edək ki, hazırda ekologiya və təbii sərvətlər nazirinin 4 müavini var.