“Havanın temperaturu aprelin 3-də iqlim normasından 13,7 dərəcə yuxarı olub”.
FED.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, maksimal temperatur Naxçıvan MR-da 24-30 dərəcə isti, dağlıq rayonlarda 25 dərəcəyədək isti, aran rayonlarında 31-36 dərəcə isti olub.
Bundan əlavə, Bakıda və Abşeron yarımadasında 24-27, Bakıda isə 30,1 dərəcə isti qeydə alınıb: “Lakin bu, rekord göstərici deyil. Çünki 2012-ci ildə Bakıda havanın maksimal temperaturu 31,5 dərəcəyədək yüksəlib”.