“Yaşıllıqların kütləvi kəsilməsi və ya götürülməsi faktları daha çox tikinti şirkətlərinin payına düşür”.
Eləcə də bax: “Fəxri” MTK ağacları kəsdiyinə görə məhkəməyə verildi - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tikinti şirkəti "maneçilik törədən ağaclar"ın kəsilməsində maraqlıdır: “Beləliklə, həmin ərazinin yaşıllığı itir. Qanunvericiliklə boş yeri alan tikinti şirkəti 40 % ərazini yaşıllaşdırmalıdır. Əgər binanı söküb və əvəzində nəsə tikəcəksə, 25 % həddində yaşıllıq təmin edilməlidir. Lakin təəssüf ki, tikinti şirkətləri aldıqları ərazidə ağacları bəzən gecə saatlarında, yaxud da ağacları qurudaraq məhvinə səbəb olurlar”.
Xidmət rəisi əlavə edib ki, bu kimi halların qarşısı dərhal alınır: “Keçən il tikinti şirkətləri barədə 25 belə fakt müəyyənləşib. Onlardan 18-i barədə prokurorluğa təqdimat olub və cinayət işləri açılıb”.