İşğaldan azad olunan ərazilərdə faydalı qazıntıların istismara verilməsi ilə əlaqədar 40 müraciətə cavab mənfi olub.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov ekoloji məsələlər üzrə işçi qrupun iclasında məlumat verib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı indiyə qədər 130-a yaxın müraciət qəbul edilib.
A.Şükürov bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onların 40-na mənfi rəy verilib:
“70 müraciətə müsbət cavab verilib, 20 müraciətə isə baxılır”, - o deyib. (Report)