“Dekabrın 6-ı axşam saatlarından Azərbaycanda hava şəraitinin dəyişəcəyi gözlənilir”.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, dekabrın 5-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Dekabrın 6-ı axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir”.
Direktor qeyd edib ki, dekabrın 6-da qərb küləyinin güclənəcəyi gözlənilir.