Azərbaycanda faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.
Küləyin maksimal sürəti Gəncədə 28 m/s, Naftalanda 26 m/s, Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Qum adasında 25 m/s, Sumqayıtda 24 m/s, Pirallahı, Maştağada 23 m/s, Binədə 21 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Saat 14:41-14:43 radələrində Gədəbəy rayonu ərazisinə və Gədəbəy rayonu Duzyurd kəndinə, saat 15:30-15:32 radələrində isə Daşkəsən rayonuna diametri 6-8 mm olan dolu düşüb.