Bu gün saat 15:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.
Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti, Aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.
Eləcə də bax: BP havaya görə Xəzərdə işlərini dayandırmayacaq - AÇIQLAMA
09:30
Saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.
Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir