Azərbaycanda yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Belə ki, Xınalıqda düşən qarın miqdarı 39 mm (aylıq normanın 104%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 10 sm, Şahdağda 35 (aylıq normanın 93%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 49 sm, Qrızda 60 (aylıq normanın 146%-i), qar örtüyünün hündürlüyü 17 sm, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı, Şuşada 1 sm-dir.











