Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən FED.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.
Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.










