Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə ilk qar yağıb.
FED.az xəbər verir ki, sentyabrın 24-dən 25-ə keçən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinə, Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksəkliklərinə ilk qar yağıb.
Qeyd edək ki, sentyabr ayının 22-si axşam saatlarından sentyabrın 25-i günorta saatlarına kimi ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonları ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Rayonlara sentyabrın 23-ü gecə saatlarında leysan yağışları yağıb. Leysan yağışları nəticəsində Balakən, Katex, Tala və digər çaylarda suyun səviyyəsi qalxıb. (Apa)