Bu gün Paris Sazişinin 6.8-ci maddəsi (iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqtisadiyyatların müvafiq adaptasiyası üçün qeyri-bazar yanaşmaları) razılaşdırılıb.
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürür
FED.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, COP29-un ilk həftəsində irəliləyiş əldə edilib: “Əvvəlcə 6.4-cü maddə üzrə, bu gün isə qeyri-bazar yanaşmalarıla bağlı 6.8-ci maddə razılaşdırılıb”.
“Bunlar 6-cı Maddə üzrə danışıqların tamamlanması yolunda mühüm addımlardır”, – o bildirib. (Report)