“Volqa çayında suyun səviyyəsi 30 %-dən çox azalıb. Kür çayı isə son iki ildə Xəzər dənizinə şirin su gətirmir”.
"Şirin sudan texniki məqsədlər üçün istifadə dayandırılmalıdır" - VİDEO
FED.az xəbər verir ki, bunu Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov deyib.
İnstitut direktoru bildirib ki, son dövrlərdə Xəzər dənizində şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb: “Nəticədə Xəzər dənizində suyun səviyyəsi 2 metrə qədər düşür. Bu da gəmilərin sahilə yan almasında problemlərə gətirib çıxarır".
Z.Eminov əlavə edib ki, bu il Kür-Araz ovalığında pambıq əkilməsində də ciddi problem oldu: "Havanın temperaturu yüksəldikcə meşələrin də sərhədləri dəyişir. Suvarma şəbəkələri qurulmalıdır”. (Report)