Qış aylarında yüksək dağlıq ərazilərə yağan qar nəticəsində toplanan qar ehtiyatları çaylarda gursululuq axımının formalaşmasına mühüm təsir göstərir.
Xəzər dənizinin səviyyəsi - 4 METRƏ QƏDƏR ENƏ BİLƏR
FED.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, bu ilin yanvarın 1-ci ongünlüyündə dağlıq ərazilərdə yağan qar kifayət qədər yüksək qar örtüyünün əmələ gəlməsinə səbəb olub.
“Yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə bu ilin mart ayının 1-ci yarısında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində çayların hövzələrində qarölçmə işləri aparılacaq”, - A.Verdiyev əlavə edib.