Avqustun 1-dən 5-dək Azərbaycanın bəzi şimal və qərb rayonlarında əsasən gündüz saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şərq küləyi əsəcək, sürəti arabir 15-18 metr/saniyə olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.