Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar daxili su hövzələrində - çaylarda, göllərdə, su anbarlarında aprelin 1-dən sənaye balıq ovuna moratorium qüvvəyə minir və moratorium sentyabrın 1-dək davam edəcək.
FED.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Xidmət rəisi qeyd edib ki, qadağa müddəti meliorativ kollektorlara şamil edilmir. O, moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb: “İdman və həvəskar balıq ovu ilə məşğul olanlar isə qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər”. (Report)