İyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan bir qrup plastik qablardan istifadə edənlər cərimələnəcək.
Eləcə də bax: Gömrük xidməti bəzi plastik əşyaların idxalını - Qadağan Edib
FED.az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov deyib.
Onun sözlərinə görə, nəzərdə tutulan cərimə insanların plastik qablardan istifadəsini məhdudlaşdırmaq üçündür.
"Fiziki şəxslər üçün ilk dəfə 1000-1500, növbəti dəfələrdə isə 1500-2000 manat, hüquqi şəxslər barədə isə ilk hal üçün 3000-4000, növbəti dəfə 4000-5000 manat cərimə nəzərdə tutulub".
Qeyd edək ki, mövcud qanunvericiliyə görə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır. (Trend)