Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən “Flaminqo” ailəvi istirahət mərkəzindən və “Laçın” kafesindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı müəyyən edilib.
Dövlət Xidməti Qubada havanı çirkləndirən yol idarəsini - MƏHKƏMƏYƏ VERDİ
Xidmət rəsmisi Xaliq Mirzəyev FED.az-a bildirib ki, faktlarla bağlı “Flaminqo” istirahət mərkəzinin sahibi Elvir Qasımov və “Laçın” kafesinin sahibi Nicat Cəfərov barəsində akt və protokol tərtib olunub, qanunamüvafiq tədbir görülüb. Ərazilər tullantılardan təmizlənib.
“Gələcəkdə belə hallara yol verilməməsi üçün iaşə obyektlərinin sahiblərinə məcburi göstəriş verilib”, - deyə xidmət rəsmisi bildirib.