Azərbaycanın bölgələrində qar yağır.
FED.az Milli Hidrometeorlogiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 27-si saat 19:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Hazırda Gəncə, Şəmkir, Göygöl, Gədəbəy, Ceyrançöl, Tovuzda qar yağır.
Qeyd edək ki, bu gün gün ərzində ölkənin müxtəlif bölgələrində yağıntılar davam edir. Saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Qax, Kəlbəcər, Şəmkir, Şəki, Biləsuvar, Şahdağ, Goranboyda qar; Naftalan, Gəncə, Zaqatala, Bərdə, Ağdam, Tərtər, Cəfərxan, Balakən, Ağsu, İmişli, Sabirabad, Mingəçevir, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Xaçmaz, Qəbələ, Oğuz, Göyçay, Bakıda və Abşeron yarımadasında da səhər saatlarında arabir yağış yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 şaxta, aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub.