Bildiyiniz kimi COP28 Dubayda olmuşdu və COP29 Azərbaycanda olacaq. COP30 isə gələn il Braziliyada baş tutacaq. COP29 Azərbaycan üçün bəzi nəticələr gözlənilir.
BMT rəsmisi: "Azərbaycanda əhalinin 94%-i 4G interneti ilə təmin olunub"
FED.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda "Dayanıqlı inkişaf: problemlər və həllər" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, COP29 gözlənilən bir nəticə var, tək bu nəticə yox, başqa nəticələr də gözlənilir, amma biri maliyyə məsələləridir. Məsələn 2015-də Paris saziş imzalananda tərəflər üzərinə belə bir öhdəlik götürdülər ki, maliyyə məsələləri ilə bağlı 100 milyard dollar olacaq sərmayə ayrılsın.
"Bu il qərara gəlinib ki, sazişi imzalayan tərəflər bu rəqəmə yenidən baxacaqlar, ola bilsin bu rəqəm artırılsın. İndi COP29-da Paris Sazişini imzalamış üzv dövlətlər yeni maliyyə hədəfi təyin etmək niyyətindədir. Bu məbləğin ildə 100 milyard dolları keçəcəyi gözlənilir, Bu qərar Azərbaycanın qərarı deyil, bu qərar Paris sazişi imzalayan tərəflərdən asılıdır", - deyə o vurğulayıb.
BMT rəsmisinin sozlərinə görə, elə ada dövlətləri var ki, iqlim dəyişmələri amili həmin dövlətlərin sonuna çıxa bilər. Yəni demək istəyirəm ki, maliyyə məsələlərindən başqa, bu cür müzakirələrə də baxılacaq.