Nazirliyə daxil olan vətəndaş müraciətlərinin və aparılan monitorinqlərin təhlili göstərir ki, tüstü ilə havaya iy-qoxu yayan iaşə obyektlərinin əksəriyyəti paytaxtın Nizami rayonunda yerləşir.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova məlumat verib.
Eləcə də bax: 10 şadlıq sarayında manqalların istifadəsinə - QADAĞA QOYULUB - SİYAHI
Nazirliyin mətbuat katibinin sözlərinə görə, monitorinqlər zamanı daha çox həmin rayonun ərazisində çirklənmə səviyyəsinin yüksək olması qeydə alınıb: “Ona görə də Nizami rayonu ərazisində yerləşən və təmizlənməmiş tüstünü atmosferə atan bütün şadlıq saraylarında da manqalların istifadəsinə qadağa qoyulacaq. Bu gün, sabah yəqin ki, həmin şadlıq saraylarında toylar olacaq. Obyekt rəhbərləri nəzərə alsınlar ki, bizim əməkdaşlar və məhkəmə icraçıları gəlib manqallardan istifadəni dayandıracaq. Odur ki, indidən tədbirlərini görsünlər”.
Azərtac