Bakı şəhərinin Xətai, Sabunçu rayonlarında, eyni zamanda İmişli və Quba rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Bu barədə FED.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, M.Hadi küçəsi 2944-cü məhəllədə “Bakı-İnşaat 2005” MTK, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi 3Q ünvanında “Sabah Tikinti” MMC, İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində “GP İmişli Cotton” MMC, Quba rayonu, Digah kəndi ərazisində isə “Yeni Bağ” MMC tərəfindən kəsildiyi məlum olub:
“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.