Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.
Xidmətdən FED.az-a verilən xəbərə görə, qar örtüyünün Şahdağda hündürlüyü 3 sm olub.
Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Qobustanda 12 mm, Mingəçevir, Sabirabad, Ordubad, Neftçala, Yevlax, Şamaxı, Göyçay, Beyləqan, Kürdəmir, Biləsuvar, Şabran, Bərdə, Naxçıvan, Şərur, Şahbuz, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Ağdam, Balakən, Oğuz, Şəki, Qax, İsmayıllı, Altıağac, Ağsu, Quba, Qusar, Xaltan, Gəncə, Şəmkir, Ceyrançöl, Şahdağ, Tərtər, Zərdab, İmişli, Daşkəsən, Goranboy, Yardımlıda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Sumqayıt, Qobustan, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Xaltan, Qusar, Göyçay, Biləsuvar, Yardımlı, Lerikdə duman müşahidə olunub.
Qərb küləyi arabir Daşkəsəndə 20 m/s, Altıağacda 17 m/s-dək güclənib.