Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit, yağıntılı keçir, bəzi yerlərdə leysan xarakterli yağış intensivdir.
Düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 17 mm, Oğuzda 14 mm, Zaqatala, Qəbələdə 11 mm, Goranboy, Naftalanda 9 mm, Tərtər, Balakən, Yevlax, Gədəbəydə 8 mm, Xaltan, Mingəçevir, Bərdə, Qax, Şəkidə 6 mm, Ağdam, Altıağac, Göyçay, Beyləqan, Kürdəmir, İsmayıllı, Ağsu, Qobustanda 2 mm, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Zərdab, Qrız, Şahdağ, Quba, Qusar, Şabran, Astara, Göygöl, Şamaxı, Şəmkir, Gəncə, Ceyrançöl, Tovuz, Daşkəsən, Xaçmaz, Sədərək, Şahbuz, Naxçıvanda 4 mm-dək olub.
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında - Binədə 3 mm, Maştağada 2 mm, Bakı, Pirallahıda 1 mm-dək təşkil edib.
Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Balakən, Şəki, Qax, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Neftçalada duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.