Azərbaycanda avqustun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 755 millimetrdən 758 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Avqustun 13-də Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi proqnozlaşdırılır.
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı bildirilir.