Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərdəkan bələdiyəsinin sədrini 2 min manat cərimə edib.
FED.az Nazirliyə istinadən xəbər verir ki, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Xəzər rayonu ərazisində tullantıların idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirib.
Yoxlama baxışı zamanı Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 28 May küçəsi ilə A.Aslanov küçələrinin kəsişməsində tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi məlum olub.
Faktla bağlı əraziyə cavabdeh Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində protokol tərtib olunub və ona inzibati qaydada vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq edilib.
Eyni zamanda tullantıların qısa vaxt ərzində təmizlənməsi üçün M.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Bələdiyyə sədri cərimələndi - SƏBƏB

19:34
30 Avq 2018