Banner

Ekologiya

Bazar gününün hava proqnozu - AÇIQLANIB

Bazar gününün hava proqnozu - AÇIQLANIB | FED.az
12:30 18 Aprel 2020

Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, havanın temperaturu gecə 9-12° isti, gündüz  16-19° isti, Bakıda  gecə 9-12° isti, gündüz  17-19° isti olacaq.

Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq. 

Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 7-11° isti, gündüz  20-25° isti, dağlarda gecə 2-7° isti,

gündüz  10-15° isti olacaq.

Digər xəbərlər

Banner