Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-11, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-11 isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoz:
Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əssasən əlverişlidir.