Banner

Ekologiya

Bazar gününün - HAVA PROQNOZU

Bazar gününün - HAVA PROQNOZU | FED.az
13:07 25 İyul 2020

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, iyulun 26-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşam mülayim şimal-qərb küləyi  ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz 33-37, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi  ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

İyulun 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında  bəzi  dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında  dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz  22-27 dərəcə  isti olacaq.

Digər xəbərlər

Banner